Qardaş Türkiyədəki dəhşətli zəlzələ paytaxt Bakıdakı tikinti normativlərini pozan binaları gündəmə gətirib. Hansı ki, zəlzələ olsa, həmin binalar anındaca uçulub toza çevrilə bilər.
Yenicag.az az xəbər verir ki, belə binalardan biri də Bakı şəhər Nizami rayonu Babək 95 ünvanında yerləşir. Həmin bina təhlükəli vəziyyət yaradıb.
Sözügedən binanın 9-cu mərtəbəsinin sakini iki binanı birləşdirib. Digər binaya bitişik əlavə artırma-balkon çıxarılıb ki, bu da liftin şaxta divarları ilə bərabər digər binanı da zədələyib. Hətta aşağı bal gücündə zəlzələ olarsa, bina davam gətirə bilməz. Bu da yüzlərlə bina sakininin həyatı təhlükə ilə üz-üz qalması deməkdir.
Qeyd edək ki, bu qeyri-qanuni əlavə tikinti və artırılma Eldar Əzizovun Nizami rayonunda icra başçısı işlədiyi müddətdə olunub.
Həmin binadan çəkilən fotoları təqdim edirik:
Cəvahir