Bakıda bina nəzarətçisini “beşbarmaq”la belə vurdular – VİDEO

Dünən Nərimanov rayonunda cinayət hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, “Kosmos” yaşayış massivinin komendant müavini Fəridə (Soyadı dəqiqləşdirilir) bir qrup şəxs tərəfindən xəsarət yetirilib.

Binanın həyətində, azyaşlı uşaq və qadınların gözləri qarşısında əli silahlı bir qrup şəxs bina nəzarətçisini öncə hədələyib, sonra beşbarmaqla xəsarət yetiriblər.

Sakinlərin sözlərinə görə, bu birinci dəfə deyil. Bir neçə dəfə həmin mütəşəkkil qrup binanın həyətində “razborka” ediblər.

Nəzarət kamerasından da görünür ki, xuliqanlar öncə bıçaq, daha sonra başqa alətlə qarşı tərəfə zərbə endiriblər.

Bina sakinləri məsələ ilə bağlı polisə məlumat verildiyini və əsas xəsarət yetirən şəxsin adının da hüquq-mühafizə orqanlarına verdiklərini bildiriblər.

COP29