Bakıda binada yanğın olub, 25 nəfər təxliyə edilib

e5348eb9b147af31536be0dc8cdd9656Bakı şəhəri, Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının girişində 1 ədəd elektrik lövhəsi yanıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı mənzillərdən 25 nəfər bina sakini təhlükəsizlik tədbirlərinin təmin edilməsi məqsədi ilə yanğınsöndürənlər tərəfindən mənzillərdən çıxarılıb.

Mənzillər yanğından mühafizə olunub.