Binə qəsəbəsində bir ailə qidadan zəhərlənib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ailənin kolbasadan zəhərləndiyi bildirilir.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğuya cavab olaraq bildirilib ki, bu gün saat 10:04-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qida zəhərlənməsi səbəbilə çağırış daxil olub:
“Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub və altı nəfər müvafiq tibb müəssisəsinə hospitalizasiya olunub.
Onlardan üç nəfər böyük (ikisi qadın, biri kişi cinsli olmaqla) Sabunçu Tibb Mərkəzinə, digər üç uşaq isə mərkəzin nəzdində fəaliyyət göstərən Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib.
Hazırda onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir. Vəziyyətləri stabildir”.