Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda bir gündə 22 cinayətin üstü açıldı - Saxlanılanlar var

Paytaxtda sosial neqativ hallara qarşı mübarizə güclənir. Əməliyyat-axtarış xidmətləri ilə yanaşı, ərazi polis orqanlarının Post Patrul Xidməti əməkdaşlarının fəallığı artmaqdadır. Müəyyən olunan xidməti ərazidə müşahidə edilən hüquq pozuntularına çevik reaksiya verilir.

Yenicag.az-ın məlumatına görə, yanvarın 31-də Bakıda cinayət-axtarış xidmətləri tərəfindən 22 cinayətin üstü açılmaqla, şübhəli şəxslər müəyyən olunaraq məsuliyyətə cəlb olunub.

Cinayət axtarış xidmətləri ilə yanaşı, Binəqədi RPİ Post Patrul Xidməti əməkdaşları borclu kimi axtarışda olanlar – 1988 təvəllüdlü Ü.Fərəcov və E.Səmədovu müəyyən ediblər, Sabunçu RPİ Post Patrul Xidməti əməkdaşları 1989-cu il təvəllüdlü B.Kərimovdan 246 qram metamfetamin, əvvəllər CM-nin 306-cı maddəsi ilə məhkum olunan 1991-ci il təvəllüdlü T.Vəliyevdən 2,512 qram heroin, 165 qram metamfetamin və evinin yaxınlığında yerləşən yarımtikilidən 1 kq 700 qram heroin aşkarlayıblar, Yasamal RPİ Xidməti əməkdaşları CM-nin 177-ci maddəsi ilə axtarışda olan 1991-ci il təvəllüdlü X.İsmixanovu saxlayıblar.

Saxlanılan şəxlər ərazi üzrə şöbə və bölmələrə təhvil verilib. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, son aylar polis orqanlarında həyata keçirilən sistemli islahatlar, vətəndaş məmnunluğunun təmin edilməsilə bağlı qarşıya qoyulan tələblər, aparılan yoxlamalarda aşkarlanan nöqsan və çatışmazlıqların aradan qaldırılması müsbət nəticələr verir.

www.yenicag.az

487
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100