Bakıda bir nəfər avtomobilin altında qalaraq öldü

Bakıda bir nəfər minik avtomobilinin altında qalaraq ölüb.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfərin “Opel” markalı minik avtomobilinin altında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1972-ci il təvəllüdlü Əhmədov Fərhad Elxan oğlunun meyitini avtomobilin altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.