!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda bir nəfər dənizdə boğuldu

!Reklam – Yazi

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində, dənizdə (qeyri-çimərlik ərazidə) 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

FHN-dən Yenicag.az-a bildirilib ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Batan 1995-ci il təvəllüdlü Qəhrəmanov Ülvi Adıgözəl oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

www.yenicag.az

846
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv