Bakıda birotaqlı ev yanıb

Bu gün Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 m² olan birmərtəbəli, 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yeniçağ.Az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 12:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yeniçağ.Az