Bakıda biznes mərkəzi yanır: 40 nəfər təxliyə olunub (Yenilənib)

Bakı şəhərinin Nərimanov rayonunda yerləşən “AFEN PLAZA” biznes mərkəzində baş vermiş yanğın məhdudlaşdırılıb.

Yenicag.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, hazırda yanğınsöndürmə işləri davam etdirilir. Xilasetmə qüvvələri tərəfindən 40 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Əlavə məlumat veriləcək.

***

Bakının Nərimanov rayonunda yerləşən “AFEN Plaza”da yanğın baş verib.

Yenicag.az xəbər verir ki, binanın üst mərtəbələrində başlayan yanğın hələ də davam edir. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğının qarşısını almaq üçün görülən işlər davam etdirilir.

Plazada yerləşən ofislərin işçiləri təxliyyə edilib.