Bakıda “BMW” yanaraq kül oldu – VİDEO

Gecə Bakıda yanğın hadisəsi qeydə alınıb.

Yenicag.az-ın məlumatına görə, Nəsimi rayonunda “BMW” markalı avtomobilinin ön hissəsinin anidən alışması nəticəsində yanğın baş verib.

Hadisə yerinə cəlb olunan FHN-nin yanğınsöndürən əməkdaşları avtomobili söndürməyə müvəffəq olublar.