Bakıda bomba qoyulduğu deyilən “Pizza Hut”dan FOTOLAR

Bu gün Bakı Dəmiryolu Vağzalında həyəcanlı anlar yaşanıb.

Yenicag.az xəbər verir ki, vağzalın ikinci mərtəbəsində yerləşən “Pizza Hut” restoranına bomba qoyulması ilə bağlı məlumat mərkəzinə xəbər verilib.

Zəng edən şəxs sözügedən məkanda bomba olduğunu bildirərək, dəstəyi yerə qoyub.

Daha sonra hadisə yerin gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 3 saata yaxın axtarış aparıb. Lakin əməliyyatçılar vağzalın altını üstünə çevirəndən sonra heç bir partlayıcı maddəyə rast gəlməyiblər.

Axtarış tədbiri başa çatandan sonra qatarların fəaliyyəti bərpa edilib və vətəndaşların girişinə icazə verilib.

Əməkdaşlarımız bomba qoyulduğu deyilən “Pizza Hut” restoranına baş çəkiblər. Sözügedən məkanın mətbəx hissəsinin dağınıq olduğunu görən əməkdaşlarımız, çəkiliş üçün icazə istəsələr də, “yuxarı”dan tapşırıq var, olmaz” cavabı verilib. “Yuxarı” kimdir?” sualına isə “Zaur müəllim” cavabı verilib. Ancaq restoranın əməkdaşları Zaur adlı şəxsin soyadını gizli saxlamağa üstünlük veriblər.

EMİN SƏFƏROV

Foto: Cəmalə Əlizadə

COP29