Bakıda bu dəmir yollarının əsaslı təmirinə başlanıldı

Yanvarın 23-dən Azərbaycan Dəmir Yolları QSC tərəfindən Keşlə 2-ci blokpost – Əhmədli sahəsində istismar müddəti bitmiş dəmir yollarının əsaslı təmirinə başlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə QSC-dən məlumat verilib.

Bildirilib ki, 825 poqonometr yolun təmiri üzrə işlərin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, bu yol yüklərin daşınması baxımından strateji əhəmiyyətli yollardan biridir.