Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda bu ərazilər də dezinfeksiya edildi - FOTO

Paytaxtda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri gücləndirilib.

Bakı Şəhər İcra Hakimiyyəti Məbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər daha da gücləndirilib.

Bakı şəhərində bu xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən xüsusi tədbirlər görülür. Departamentin balansında olan yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinələrı və onun ətrafı, ən vacibi məişət tullantılarının atıldığı konteyner meydançalarında, həyət və yaşayış məhəllələrində, həmçinin digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır.

Hər gün səhər saatlarında Departamentin işçiləri tərəfindən suya xüsusi dezinfeksiyaedici maddə qatılmaqla küçə və prospektlərin kənarları, yol kənarlarındakı məhəccərlər və s. də yuyulur.

Eyni zamanda paytaxt sakinlərinin daha çox istifadə etdikləri ticarət mərkəzlərində, xüsusilə bazarlarda müvafiq işlər aparılır.

Yaranmış vəziyyətlə əlaqədar paytaxtdakı iri ticarət mərkəzləri və “mall”arın rəhbərləri ilə Bakı Şəhər İcra Hakimiyyətində görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında operativ qərargahın sərəncam və tövsiyələri ticarət mərkəzlərinin rəhbərlərinin nəzərinə çatdırılaraq, ölkə ərazisində tətbiq olunan bəzi sosial izolyasiya tədbirləri çərçivəsində onların qarşısında duran vəzifələr, görülməsi vacib işlər müəyyənləşdirilib. Tösiyə olunub ki, mərkəzlərin iş rejimi operativ qərərgahın müəyyən etdiyi saatlarda olmaqla, mərkəzlərə girişdə vətəndaşların hərarətlərinin yoxlanılması, xidmət personalının xüsusi geyim vasitələri ilə təmin olunması, giriş və çıxışlarda alkoqol əsaslı dezinfeksiya dispenserlrini quraşdırılması, mollardakı uşaq əyləncə zonalarının fəaliyyətinin dayandırılması, evlərə ərzaq çatdırılması xidmətlərinin işə salınması kimi tədbirlər həyata keçirilsin. Həmçinin qeyri-iş saatlarında mərkəzlərin tam dezinfeksiyası, mərkəzlərdə maarifləndirici məsləhət panolarının yerləşdirilməsi və video çarxların nümayiş etdirilməsi, xəstə əməkdaşların əmək fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması, bütün personalın müvafiq qaydada təlimatlandırılması tapşırılıb.

Bildirilib ki, Şəhər İcra Hakimiyyəti və müvafiq qurumların nümayəndələri tərəfindən bütün ticarət mərkəzlərində mütəmadi monitorinqlər aparılacaq, Operativ Qərargahın sərəncam və tövsiyələrinə riayət etməyən ticarət mərkəzləri və cavabdeh şəxslərə qarşı ən ciddi tədbirlər görüləcək.

www.yenicag.az

231
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100