“Su xəttində baş verən qəzanın aradan qaldırılması işləri ilə bağlı 1,2,3,4,5,6,7,8,9-cu mikrorayonların və Rəsulzadə qəsəbəsinin bir hissəsində – “Vorovski” ərazisində gün ərzində suyun verilməsində fasilə yaranacaq”.
Bu barədə Yenicag.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.
“Axşam saat 19:00-dan sonra su təchizatı əvvəlki rejimlə bərpa olunacaq”, – məlumatda qeyd olunub.