Bakıda bu küçədəki vəziyyət müzakirə yaratdı – FOTOLAR

Bakının Nərimanov rayonu, Əhməd bəy Ağaoğlu küçəsindəki vəziyyət müzakirələrə səbəb olub. 

Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

Görüntülərdən yolun kənarındakı səkidə çəpər çəkildiyi və piyadaların istifadəsi üçün çox az yerin qaldığı görünür.

Bundan başqa, sözügedən küçədə asfaltlama işlərinin ağacların dibinə qədər aparıldığını da görmək mümkündür.

Ağacların vəziyyəti ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan cavab olaraq bildirildi ki, problem artıq həll olunub: “Nərimanov rayonu mənzil kommunal təsərrüfatı birliyinin əməkdaşları tərəfindən ağacların ətrafı asfaltdan təmizlənib və onlara aqrotexniki qulluq göstərilib.”

Səki ilə əlaqədar məsələ haqda isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etmişik. Cavabdeh qurumdan gün ərzində açıqlama veriləcəyi gözlənilir.

Ağacların dibi təmizlənəndən sonra ərazidəki vəziyyət:

COP29