Bakıda bu küçələr bağlanır

06b23-dMikayıl Müşfiq küçəsinin Nəriman Nərimanov prospekti ilə kəsişməsindən Hüseyn Cavid prospekti ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti hər iki istiqamətdə tam məhdudlaşdırılıb.

Bu barədə Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Sürücülərə alternativ olaraq İnşaatçılar prospektindən istifadə etmələri tövsiyə olunur.

Təmir işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.