!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda bu küçələrdə işıqforlar işləmir - SİYAHI

!Reklam – Yazi

Bakıda fəaliyyətində fasilə yaranan işıqforların işi bərpa edilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

***

Elektrik təchizatının kəsilməsi ilə əlaqədar olaraq hazırda paytaxtın S.Vurğun küçəsinin N.Yusifbəyli küçəsi ilə, N.Yusifbəyli küçəsinin X.Şuşinski küçəsi ilə, Azadlıq prospektinin N. Yusifbəyli küçəsi ilə, C.Hacıbəyli küçəsinin N.Yusifbəyli və M.Mirqasımov küçələri ilə kəsişməsində işıqforlar işləmir.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Yenicag.az-a verilən məlumata görə, Təbriz küçəsinin Ağa Nemətulla, Əhməd Rəcəbli küçələri ilə, Əhməd Rəcəbli küçəsinin F.Xoyski küçəsi ilə, F.Xoyski küçəsinin isə Ağa Nemətulla küçəsi ilə kəsişməsində işıqforların işi bərpa olunub.

Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.

Qeyd edək ki, BNA işıqforların işləməməsinə səbəb kimi elektrik təchizatının kəsilməsini göstərir.

www.yenicag.az

6016
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv