Bakıda bu küçənin təmiri başa çatdı – Fotolar

Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsinin bir hissəsində aparılan təmir işləri yekunlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yenicag.az-a verilən məlumata görə, təmir işləri küçənin 130 metrlik hissəsini əhatə edib. Küçənin sözügedən hissəsi uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması nəticəsində yol boyu çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu.

Aparılan təmir işləri çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, köhnə səki daşları sökülüb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri bərpa olunub və və hamarlayıcı lay asfalt-beton örtüyü döşənib.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. Asfaltlanma işləri ümumilikdə 2 min kv.m-ə yaxın sahəni əhatə edib.

Bundan başqa, aparılan yenidənqurma zamanı kommunikasiya xətlərinin baxış qapaqları dəyişdirilib, zəruri yerlərdə köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənib.