Mehdiabad-Digah-Məmmədli yolunda aparılan təmir işləri ilə əlaqədar Məmmədli kəndi ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Bu barədə Yenicag.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Bildirilir ki, məhdudiyyətlə əlaqədar 217 nömrəli marşrut avtobusu Məmmədli dairəsinə qədər fəaliyyət göstərir.