!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda bu marşrut xətti uzadıldı

!Reklam – Yazi

Bakıda marşrut xətlərindən biri uzadılıb.

Yenicag.az Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə istinadən məlumat verir ki, bundan əvvəl 199 saylı marşrut xətti Şərq bazarının qarşısındakı dayanacaqdan Masazır dairəsi daxil olmaqla “Abşeron” gənclər şəhərciyinə qədər yol qət edirdi. Həmin ərazidə yaşayan sərnişinlərin və Bakı Mühəndislik Universitetində təhsil alan tələbələrin Dövlət Xidmətinə çoxsaylı müraciətləri də nəzərə alınmaqla marşrutun xətti universitetin önündəki dayanacağa qədər uzadılıb.

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən 199 saylı marşut xətti üzrə hərəkət edən avtobuslarda ödəniş nağdsız qaydada kart sistemi vasitəsilə həyata keçirilir.

www.yenicag.az

2132
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv