Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda bu marşrutların hərəkət sxemində dəyişiklik edildi - SİYAHI

Moskva prospekti (“Şamaxinka” adlanan ərazidə) yeni tikilən yerüstü piyada keçidinin dayaqlarının yerləşdiyi yerdə aparılacaq təmir işləri ilə əlaqədar olaraq, Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsindən A.Məhərrəmov küçəsinin kəsişməsinə qədər olan hissədə avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Yenicag.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, həmin hissədə fəaliyyət göstərən marşrutların hərəkət sxemi aşağıda göstərilən qaydada təşkil edilib.

Həmin maşrut xəttləri bunlardır:

Marşrut № 18 və 65
20 Yanvar m.st – 9-cu mikrorayon istiqamətində : Moskva pr. – Mir Cəlal küçəsi, daha sonra öz xətti üzrə

Marşrut № 135
BDM Uni. – “Memar Əcəmi” m.st istiqamətində: Moskva pr. – R.Cəfərov küç. – 3 mikrorayon dairəsi, daha sonra öz xətti üzrə

Marşrut № 170
Binəqədi qəs. – “Memar Əcəmi” m.st istiqamətində: Moskva pr. – Mir Cəlal küç. – Asif Məhərrəmov küç. – 20 Yanvar küç., daha sonra öz xətti üzrə
“Memar Əcəmi” m.st – Binəqədi qəs. istiqamətində: 20 Yanvar küç. – Asif Məhərrəmov küç. – M.Cəlal küç. – Bakı-Sumqayıt şos., daha sonra öz xətti üzrə

Marşrut № 193
4-cü mikrorayon – Lökbatan NMM istiqamətində: 20 Yanvar küç. – Asif Məhərrəmov küç. – S.C.Pişəvari küç. – M.Həsənov küç, daha sonra öz xətti üzrə
Lökbatan NMM – 4-cü mikrorayon istiqamətində: R.Cəfərov küç. – Asif Məhərrəmov küç. 20 Yanvar küç., daha sonra öz xətti üzrə

www.yenicag.az

274
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100