Bakı şəhəri Tbilisi prospektində parkinq yerlərindən biri ləğv olunub.
Yenicag.az Ölkə.az-a istinadən xəbər verir ki, Qafqaz Hotelin qarşısında yerləşən parkinqin ləğv edildiyi, həmin ərazidə dayanma-durmanı qadağan edən nişanın quraşdırıldığı deyilir.
Sürücülərdən biri həmin ərazidəki parklama xətlərinin silindiyini, sağda parkinqin olmasını göstərən lövhənin quraşdırıldığını söyləyir:
“İl yarım burada maşın park etmişəm. Hətta yerdə Avtomobil Yolları Dövlət Agentliyinin parklanma xətləri də var. Amma qəfildən yerdəki xətlərin üstü qaraldılıb, dayanma-durmanı qadağan edən nişan quraşdırılıb (əvvəl həmin yerdə parklanma nişanı vardı) və həmən altında da sağda parkinq olmasını göstərən lövhə quraşdırılıb. Həmin parkinq isə Qafqaz Hotelə məxsus idi və ancaq “Qəbələ” FK-nın avtobusu dayanırdı. Amma indi doludur”.