Hazırda Bakıda taksi xidmətinin keyfiyyətinin artırılması məqsədilə bir neçə layihə üzərində iş aparılır.
Yenicag.az-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev mətbuat konfransında deyib.
O qeyd edib ki, Bakı şəhərində yeni taksi dayanacaqları müəyyən edilir:
“Çalışırıq ki, taksi dayanacaqlarının yerlərini elə müəyyən edək ki, həm sərnişinlər üçün rahat olsun, həm də hərəkətə mane olmasın”.
M.Ağayev bildirib ki, Bakıda təqribən 180 taksi dayancağı var: “Hazırda hərəkətə mane olan taksi dayanacaqlarının yerlərinin müəyyən edilərək ləğv edilməsi işləri aparılır”./Trend/