Bakıda bu ünvanlarda piyada keçidləri təşkil ediləcək

Piyada təhlükəsizliyinin artırılması məqsədi ilə Cəfər Cabbarlı və Zivərbəy Əhmədbəyov küçələrinin Əlibəy Hüseynzadə küçəsi ilə kəsişmələrində nizamlanan piyada keçidlərinin təşkili məqsədilə Bakı Nəqliyyat Agentliyi (BNA) aidiyyəti qurumlara təklif göndərib.

BNA-dan Yenicag.az-a verilən məlumata görə, müsbət rəy əldə edildikdən sonra qeyd edilən ünvanlarda nizamlanan piyada keçidləri təşkil ediləcək.

Qeyd edək ki, hazırda hər iki ünvanda piyadaların pərakəndə şəkildə xaotik hərəkəti müşahidə edilir. Bu da piyadaların təhlükəsizliyini təmin etməyə imkan verməməklə yanaşı, həm də nəqliyyatın axınında ləngimələrə səbəb olur.

COP29