Bakıda bu yollar bağlı olacaq

Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, Səbail rayonu Azərbaycan prospekti və Şıxəli Qurbanov küçəsi bu axşam saat 22:00- dan etibarən bağlanacaq.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, yolların bağlanması avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədardır.

İşlərin səhər saatlarınadək yekunlaşdırılması nəzərdə tutulub.

Yeniçağ.az