Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda bu yollarda hərəkət məhdudlaşdırılır

Bu gün Bakıda bəzi yollarda hərəkət hissə-hissə qismən məhdudlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yenicag.az-a verilən məlumata görə, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün səhər saat 10:00-dan axşam saatlarınadək Nərimanov rayonu, Mübariz Nağıyev küçəsində və Ziya Bünyadov prospekti, Dərnəgül, Baksol yolunda üfiqi nişanlanma xətlərinin rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.

Bu məqsədlə sözügedən yollarda avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Loading...

www.yenicag.az

3450
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100