Bakıda çalışanların orta aylıq əməkhaqqı nə qədərdir?

Bakıda çalışanların əməkhaqqı açıqlanıb.

Bakı Şəhər Statistika İdarəsindən Yenicag.az-a verilən məlumata görə, paytaxt əhalisinin maaşı artıb.

Belə ki, 2022-ci ilin yanvar-iyun aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,1 faiz artıb və nəticədə 1065,7 manat olub.