Bakıda çayxana yandı

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Binəqədi rayonunda parkın ərazisində ümumi sahəsi 60 m² olan tikilinin (çayxana kimi fəaliyyət göstərib) yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.