Bakıda çayxanadan oğurluq edən iki qardaş tutuldu

Bakıda çay evindən oğurluq edilib.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 22-də rayon ərazisində yerləşən çay evlərinin birində Bakı şəhər sakini V.Əliyevin 140 manat pulunu və 2 ədəd mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən paytaxt sakinləri Vüqar Rzayev, Zahid Hüseynov, qardaşı Fərahim və bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.