Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Bakıda "Çelsi" - "Arsenal" finalı!

Reklam: Sinerji Pro

Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənlib.

Yenicag.az xəbər verir ki, həlledici matçda “Çelsi” İngiltərədə Almaniyanın “Ayntraxt” komandasını qəbul edib.

Əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatmış qarşılaşmanın qalibi penaltilər seriyasında müəyyənləşib. Penaltilərdə daha 5:4 hesabı ilə qalib gələn londonlular Bakıda final oynamağa haqq qazanıb.

Yarımfinalın digər matçında isə “Arsenal” İspaniyada “Valensiya”nı üstələyib. Rəqibinə 4:2 hesabı ilə qalib gələn Unay Emerinin komandası da final üçün Bakıya üz tutacaq.

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Avropa Liqası, Yarımfinal, cavab oyunları

9 may

23:00. “Çelsi” (İngiltərə) – “Ayntraxt” (Almaniya) – 1:1 (Penaltilər seriyası 5:4)
Qollar: Loftus-Çik, 28 (1:0), Yoviç, 49 (1:1)
İlk oyun – 1:1

23:00. “Valensiya” (İspaniya) – “Arsenal” (İngiltərə) – 2:4
Qollar: Qameyro, 11 (1:0), Obameyanq, 17 (1:1), Lyakazett, 50 (1:2), Qameyro, 58 (2:2), Obameyanq, 69 (2:3), 89 (:4)
İlk oyun – 1:3

www.yenicag.az

13524
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM