!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda cərimələnən məşhur restoranlar - SİYAHI

!Reklam – Yazi
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 416 ictimai iaşə obyektində 741 monitorinq keçirib.

AQTA-dan Yenicag.az-a verilən məlumata görə, monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Xətai‎ ‎rayonu, Q. S. Mehmandarov küçəsi 50M ünvanında yerləşən, fiziki şəxs Ədilov Qəşəm Qalib oğluna məxsus “Pətək” çay evi;

2. Bakı şəhəri, Xətai‎ ‎rayonu, Babək pr., ev 90C ünvanında yerləşən, fiziki şəxs Nəcəfov Ceyhun Qəhrəman oğluna məxsus kafe;

3. Bakı şəhəri, Səbail rayonu, T. Əliyarbəyov küçəsi 14 ünvanında yerləşən, fiziki şəxs Dadayev Fərid Rasim oğluna məxsus “Firuzə” restoranı;

4. Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küç., ev 64 ünvanında yerləşən, fiziki şəxs Sebahettin Demirə məxsus dönər evi.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

www.yenicag.az

501
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv