!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda Çexiyanın Müstəqillik günü qeyd olundu

!Reklam – Yazi

Çexiyanın müstəqillik günü münasibətilə təntənəli mərasim keçirilib.

Yenicag.az xəbər verir ki, “Boulvard Hotel”də təşkil olunan mərasimdə rəsmi şəxslər, Bakıdakı diplomatik korpusun təmsilçiləri və ictimai-siyasi xadimlər iştirak ediblər.

Mərasimdə çıxış edən Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert 101 il əvvəl – Avropanın qarışıq dövründə Çexoslovakiya Respublikasının təsis edildiyini bildirərək, bu prosesdə ilk prezidenti Tomaş Qarriq Masarikin mühüm rol oynadığını vurğulayıb.

Səfir Çexiyanın 1989-cu il “məxməri inqilab”ından sonra Qərbə sürətli inteqrasiyası haqda danışaraq, ölkənin 1999-cu ildə NATO-ya, 2004-cü ildə isə Avropa İttifaqına üzv qəbul olunmasını bu prosesin məntiqi nəticəsi kimi qiymətləndirib.

Ekert ikitərəfli münasibətlərin yüksələn xətt üzrə dinamik inkişafını önə çəkərək, bu sırada 2015-ci ildə prezidentlər səviyyəsində imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməni xüsusi qeyd edib.

Səfir Çexiyanın Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsində diqqətə çatdıraraq, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndiyini təsdiqləyən nümunələri sadalayıb. O, 2018-ci ilin noyabrında Qaravəlli kəndində Çexiya və Azərbaycan təhsil nazirləri müavinlərinin iştirakı ilə “Enerji səmərəliliyi məktəbi” adlı unikal layihənin uğurla başa çatdırıldığını bildirib.

Mərasimdə çıxış edən Azərbaycan baş nazirinin müavini Yaqub Eyyubov da ikitərəfli münasibətlərin dinamik inkişafından bəhs edərək, Bakının Çexiya ilə hərtərəfli əməkdaşlığa önəm verdiyini deyib. O, Çexiyanın neft tələbatının 30 faizinin Azərbaycandan olunan idxal hesabına təmin edildiyini vurğulayaraq, digər sahələrdə əlaqələrin inkişafı üçün ciddi imkanların olduğunu qeyd edib.

Çıxışlardan sonra mərasim bədii hissə ilə davam edib.

www.yenicag.az

645
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv