Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda "Chevrolet" hasara çırpıldı - Qaz xətti zədələndi - FOTO

Bakıda yol qəzası nəticəsində qaz xətti zədələnib.

Yenicag.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov deyib.

Onun sözlərinə görə, hadisə Sabunçu rayonu Pirşağı qəsəbəsində baş verib: “Qəsəbə ərazisində hərəkətdə olan “Chevrolet” markalı 99 NE 989 dövlət nömrə nişanlı minik avtomobili idarəetməni itirərək hasara çırpılıb. Hadisə nəticəsində ərazidən keçən 108 mm diametrində qaz xətti zədələnib. Hadisə zamanı xəttə qaz sızması yaranıb.

Dərhal əraziyə “Azəriqaz” İstehsalat Birliyinin qəza xidməti yollanıb. Hələlik əraziyə qazın verilişi dayandırılmayıb, amma gün ərzində qazın verilişi dayandırılacaq. Çünki qəza zamanı qaz xəttinin 30-40 metr hissəsi kəsilərək dəyişdirilməlidir. Təmir zamanı 350-400 abonentin qaz təminatında fasilə yarana bilər. Günorta saat 15 radələrinə qədər təmir işlərinin başa çatdırılması gözlənilir”.

www.yenicag.az

465