!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda "Çin incəsənəti" - FOTOREPORTAJ

!Reklam – Yazi

Martın 29-da Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Mədəniyyət Nazirliyi və Çinin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından Çin incəsənəti” adlı sərgi layihəsinin təntənəli açılışı olub.

Yenicag.az xəbər verir ki, açılış mərasimində sərginin kuratoru və ideya müəllifi olan Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev qonaqları salamlayıb və ziyarətçilərə Çinin Çin incəsənətinin zəngin kolleksiyası ilə tanış olmaq üçün unikal imkan yaradıldığını qeyd edib.

O, sərginin konsepsiyasını nümayiş olunan eksponatların Çin ailəsinin ənənəvi həyatının xalis əşyaları qismində göründüyü, “muzeyin sərgi salonlarında ənənəvi Çin evi ab-havasının yaradılması” kimi xarakterizə edilib.

Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Quo Min çıxışında vurğulayıb ki, ekspozisiya ziyarətçilərə Çinin mədəni irsi və onun tarixi haqqında daha çox məlumat əldə etməyə imkan verəcək.

Bu sərginin iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyi vurğulanıb.

Sonra qonaqlar təqdim olunan ekspozisiya ilə tanış olublar.

“Dualistik varlıq konsepsiyasına əsaslanan xüsusi dünyagörüşün formalaşdığı Çin mədəniyyəti haqlı olaraq bəşəriyyətin ən qədim mədəniyyətlərindən biri hesab olunur. Ekspozisiya təkcə tarixi eksponatların toplusu deyil, həm də ziyarətçilərin Çin xalqının mədəniyyəti və adət-ənənələri ilə tanış olması üçün imka yaradır.

Hər bir sərgi salonu qədim tanrıları və müdriklərinin heykəlcikləri ilə bəzədilmiş Çin ailəsinin qonaq otağının interyerini canlandırır. Çin mənzərələri olan tekstil məmulatları, xəttatlıq panelləri, qapalı bitkilər, çini vazalar, oyma taxta mebellər, divarlardakı rəsmlər və xəttatlıq əsərlərini əks etdirir. Çin fəlsəfəsinə uyğun olaraq, semantik yük daşıyır və evdə sülh və əmin-amanlığı simvollaşdırır. Bu layihənin koordinatoru Kənül Rəfiyevadır.

Tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, dövlət və ictimai xadimlər, diplomatik missiyaların nümayəndələri, yaradıcı ziyalılar və gənclər iştirak ediblər.

Qeyd edək ki, “Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından Çin İncəsənəti” sərgisi Milli Muzeyin 2016-cı ildən başlanmış irimiqyaslı layihəsinin multikultural sərgilər silsiləsini davam etdirir.

 

www.yenicag.az

642
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv