Bakıda çoxmərtəbəli binada yanğın oldu

Bakıda çoxmərtəbəli binada yanğın olub.

Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, paytaxtın Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 80 kvadratmetr olan 3 otaqlı mənzilin mətbəxində 2 poqonometr mebel, 1 ədəd aspirator və 1 ədəd qaz sobası yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.