Bakıda çoxmərtəbəli binada yanğın olub

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda çoxmərtəbəli binanın damında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən xəbərə görə, yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək.