Bakıda çoxmərtəbəli yaşayış binasında YANĞIN

Bakı şəhərinin Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 10 ədəd elektrik sayğacı yanıb.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

COP29