Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsində 6 ədəd elektrik sayğacı və 3 p.m kabel yanıb. Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.
Fövqəladə Hallar Nazirliyindən Yenicag.Az-a verilən məlumata görə, mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.