Bakıda da VAR

Bu mövsüm Avropa Liqasının final oyununda VAR (videotəkrar) sistemindən istifadə olunacaq.

Yenicag.az xəbər verir ki, qurum artıq Bakıda keçiriləcək həlledici qarşılaşmada VAR-ın tətbiq olunacağını təsdiqləyib. Həmçinin bu mövsüm Çempionlar Liqasında, Millətlər Liqasının Portuqaliyada olacaq finalında və 21 yaşadək futbolçulardan ibarət komandalar arasında İtaliyada keçiriləcək Avropa çempionatında sözügedən texnologiyadan istifadə ediləcək.

Qeyd edək ki, Avroliqanın finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.