Bakıda Dağıstanın nümayəndəliyi açılacaq

Azərbaycanın paytaxtında Rusiya Federasiyasının Dağıstan Respublikasının nümayəndəliyi açılacaq.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, bu barədə Dağıstanın rəhbəri Sergey Melikov sərəncam imzalayıb.

“Hökumətə altı ay müddətində əsasnaməni təsdiq etmək, təşkilati və maliyyə məsələlərini həll etmək tapşırılıb”, – respublika başçısının administrasiyasının bəyanatında deyilir.