Bakı küçələrində nəqliyyat şəraiti və axınlar təhlil olunaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sürücülər üçün yeni parklanma məntəqələri yaradılıb.
AYNA-dan Yenicag.az-a bildirilib ki, Mikayıl Useynov və Aqil Quliyev küçələrində 37 yeni parklanma yeri təşkil edilib.
Şirin Mirzəyev küçəsində ödənişli parklanma məntəqələri qurulub və əlavə olaraq 6 məlumat lövhəsi quraşdırılıb. Rüstəm Rüstəmov küçəsində 2 məntəqədə ödənişli parklanma yaradılıb. Sürücülərdən həmin ərazilərdə qaydalara riayət etmələri xahiş olunur.
Parklanma yerlərinin təşkili istiqamətində işlər davam etdiriləcək.