!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda daha bir avtobus qəza törətdi – Ölən var-Yenilənib, Foto

!Reklam – Yazi

2220Bakıda sərnişin avtobusu piyadanı vurub.

Hadisə bu dəqiqələrdə Bakının Nəsimi rayonu ərazisində baş verib.

165 saylı marşrut xətti ilə hərəkətdə olan sərnişin avtobusu Rövşən Cəfərov küçəsində yolu keçmək istəyən piyadanı vurub. Zərbə nəticəsində hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı qadın hadisə yerində dünyasını dəyişib.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində müayinələr aparıblar, avtobus sürücüsünün ifadəsi alınıb.

İlkin ehtimala görə, hadisəyə avtobusun yüksək sürətlə idarə olunması səbəb olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

20:49
***
Avtobusun vurduğu sərnişinin adını dəqiqləşdirilib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, ölən qadın 1958-ci il təvəllüdlü Esmira Zeynalovadır.

 

 

www.yenicag.az

1039
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv