!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda daha bir avtobus qəzası - Yaralılar var - FOTO/VİDEO

!Reklam – Yazi

Bakıda daha bir avtobus qəzası baş verib.

Yenicag.az Ölkə.az-a istinadən xəbər verir ki, hadisə aeroport yolunda qeydə alınıb.

Belə ki, 160 saylı xətt üzrə hərəkətdə olan “Daewoo” markalı sərnişin avtobusu 90-BD-653 dövlət nömrə nişanlı “Lada” markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində minik avtomobili yarasız vəziyyətə düşüb. Sürücü 1976-cı il təvəllüdlü Mənsurə Məmmədova və onun 6 yaşlı övladı Rəçad Məmmədov xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu, son bir həftədə 160 saylı xətt avtobusunun törətdiyi ikinci yol qəzasıdır. Bir neçə gün əvvəl həmin xətt üzrə hərəkət edən marşrut avtobusunun qatarla toqquşması nəticəsində 2 nəfər ölüb, 40 nəfər xəsarət almışdı.

 

www.yenicag.az

6165
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv