Bakıda daha bir avtobus qəzası:yaralananlar var

bus_crash_2rtBu gün səhər saatlarında Abşeron rayonunun Novxani qəsəbəsi ərazisində dəhşətli avtobus qəzası baş verib. “20 yanvar-Novxanı” marşrutu üzrə hərəkət edən 35 saylı xətt avtobusu Novxanı qəsəbəsi istiqamətində idarəetməni itirərək yoldan kənara çıxıb.

Məlumata görə, hadisə yerinə təcili-tibbi yardım maşınları və yol polisi cəlb edilib. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir(trend).