Bakıda daha bir ərəb turist öldü

167522_res_01 (1)Bakıda qonaq olan Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı qəfil ölüb.

Lent.az-ın məlumatına görə, hadisə Nəsimi rayonu, Nizami küçəsi 61 ünvanının qarşısında – “Torqovı” məhəlləsi adlanan yerdə baş verib. BƏƏ vətəndaşı, 1963-cü il təvəllüdlü Abdulla Xatın İbrahim yeriyərkən qəfil halı pisləşib və yıxılıb. Təcili tibbi yardım briqadası gəlincə, o keçinib. Ölüm faktı ilə bağlı araşdırma aparılır.

A.İbrahimin Bakıya turist kimi gəldiyi bildirilir.