Bakıda daha bir gənc özünü binadan atdı

Bakıda 21 yaşlı gənc intihar edib.

Yenicag.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Əhmədbəy Ağayev küçəsi 47/19 saylı binada yerləşən evlərin birində qeydə alınıb.

Orada yaşayan 2002-ci il təvəllüdlü Emin Bəybala oğlu Əminov yaşadığı mənzilin eyvanından özünü atıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.