Bakıda daha bir məktəb koronavirusa görə bağlandı

Paytaxtda daha bir məktəb koronavirus səbəbindən distant təhsilə keçib.

Yenicag.az xəbər verir ki, 244 saylı məktəbdə koronavirusa yoluxma təsdiqini tapdığından, təhsil ocağı bu gündən aprelin 14-dək distant fəaliyyət göstərəcək.