Bakıda daha bir piyada ölümü

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, oktyabrın 19-da saat 21 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Süleyman Nəbiyev vurulub və nəticədə o, hadisə yerində ölüb.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.