Bakıda daha bir süpürgəçi qadını maşın vurub öldürdü

Paytaxtın Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Yenicag.az ONA-ya istinadən xəbər verir ki,  səhər saatlarında “Koroğlu” metro stansiyasının yaxınlığında yol kənarında təmizlik işləri aparan 1945-ci il təvəllüdlü Hürü Namaz qızı Aslanova Günel Taryel qızı Fərmanovanın idarə etdiyi “Wolskwagen Polo” markalı avtomobillə vurulub.

H.Aslanova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

COP29