Bakıda daha bir yol bağlanır

fed3b3934a103ca3fc879e31f2cab3e2Bakıda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 11:00-dan etibarən Mikayıl Useynov prospektinin Bayraq meydanından Azneft dairəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərə alternativ olaraq Xanlar küçəsindən istifadə etmələri tövsiyə olunur(apa).